5 Sentyabr 12:57
1 011
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn partiya sədrliyindən istefa verməyib.

Bu barədə Teleqraf.com-a Pənah Hüseyn özü deyib.

"Seçkinin nəticələri ilə əlaqədar məsuliyyət daşıyanlardan biri də siyasi partiya sədri kimi mənəm. Məsələni partiyanın İdarə Heyətində müzakirəyə çıxaracağam. Əksinə, bundan sonra siyasətlə daha geniş şəkildə məşğul olmaq barədə düşünürəm", - deyə o bildirib.

***

12:39

Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn partiya sədrliyindən istefa verib.

Teleqraf.com xəbər verir ki, bu barədə o “Azadlıq Radiosu”na açıqlamasında deyib.

Pənah Hüseyn istefasına səbəb kimi 1 sentyabr tarixində keçirilən növbədənkənar parlament seçkilərində uduzduğunu göstərib.

O, qərarını yaxın günlərdə rəsmi şəkildə açıqlayacağını bildirib.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər