5 Sentyabr 13:36
419
12 Punto 14 Punto 16 Punto 18 Punto

Erməni diaspor təşkilatlarının təsiri altında olan Kanada parlamentinin bir neçə üzvü qondarma “Dağlıq Qarabağ Respublikasının” müstəqilliyinin elan edilməsinin ildönümünü qeyd etmək adı altında video müraciət yayıb.

Teleqraf.com xəbər verir ki, video müraciətlərdə səslənən absurd fikirlərə etiraz olaraq, Kanadada fəaliyyət göstərən NAC – Network of Azerbaijani Canadians (Kanada Azərbaycanlıları Şəbəkəsi) cavab bəyanatı yayıb.

https://x.com/azcanet/status/1831363861745971437

NAC-in sosial media hesabları vasitəsilə yayılan və həmçinin Kanada parlament üzvlərinin ünvanlarına göndərilən müraciətdə parlamentin ermənipərəst üzvləri - Grnett Genuis, Alexander Boulerice və Stephane Bergeron tərəfindən yayılan video müraciətlərin gülünc olduğu, tarixi və siyasi reallıqlarla kökündən ziddiyyət təşkil etdiyi bildirilib. Azərbaycan ərazilərinin 30 ilə yaxın bir müddətdə Ermənistanın işğalı altında qaldığı və 700,000-dən artıq yerli azərbaycanlı əhalinin məcburi köçkün kimi öz torpaqlarında qovulduğu faktı qeyd edilib.

Bəyanatda qeyd olunub ki, Azərbaycan dövlətinin bu illər ərzində münaqişənin sülh yolu ilə həll edilməsi səylərinə sadiq qalmağına baxmayaraq, Ermənistən tərəfi BMT Təhlükəsizlik Şurasının Azərbaycanın ərazi bütövlüyü və suverenliyini təsbit edən 4 qətnaməsi və digər beynəlxalq hüquqi sənədləri vecinə almayaraq qondarma qurum yaratmışdı:

"2020-ci ildə Azərbaycan Respublikası öz ərazi bütövlüyünü bərpa etmək hüququnda istifadə etdi və 2023-cü ildə bu proses tamamlandı".

Qeyd edilib ki, Kanada hökumətinin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyinə dair dəfələrlə verdiyi bəyanatlara baxmayaraq sözügedən deputatların işlətdiyi ifadələr Azərbaycan icmasının hiddətinə səbəb olub. Bu deputatlar münaqişənin tarixi və hüquqi tərəfləri barədə öz biliklərini artırmalı və erməni lobbisinin təsirlərinə məruz qalmamalı, sülh və əmin amanlığı təşviq edən bəyanatlar verməlidirlər.

NAC – Kanadada yaşayan azərbaycanlıların Kanada cəmiyyətində və siyasi həyatında maraqlarının təmsil edilməsi məqsədi ilə yaradılmış və tam olaraq Azərbaycan icmasının dəstəyi ilə fəaliyyət göstərir.

Əlaqə üçün: Nigar Cəbiyeva - [email protected]
Facebook: www.facebook.com/azcanet
Twitter: www.twitter.com/azcanet


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər