Mərkəzi Seçki Komissiyası quruma daxil olan 12 müraciəti baxılması üçün müvafiq dairə seçki komissiyalarına göndərib.
Teleqraf.com xəbər verir ki, bununla bağlı Komissiyanın bu gün keçirilən iclasında qərar layihələri müzakirə edilib.
Müraciətləri MSK katibi Arifə Muxtarova və ekspert qrupunun üzvləri təqdim ediblər.
Qeyd edilib ki, 120 saylı Cəbrayıl-Qubadlı, 23 saylı Nəsimi-Səbail (2 fərqli müraciət), 73 saylı Masallı-Cəlilabad, 97 saylı Tərtər-Ağdərə-Goranboy, 10 saylı Binəqədi üçüncü, 24 saylı Nizami birinci, 42 saylı Sumqayıt birinci, 78 saylı Lənkəran kənd, 22 saylı Nəsimi-Yasamal, 23 saylı Nəsimi-Səbail (2 fərqli müraciət) daxil olan müraciətlər müvafiq dairə seçki komissiyalarına göndərilir.