Bəzi ölkələr Ukraynadakı münaqişənin bədəlini ödəmək məcburiyyətində qalmaqdan məyus olurlar.
Teleqraf.com xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto deyib.
“Yer kürəsinin əksəriyyəti sülh istəyir. Misir, Səudiyyə Ərəbistanı və Türkiyə kimi ölkələr uzaqdakı münaqişənin bədəlini ödəmək məcburiyyətində qaldıqlarından məyusdurlar” - Siyarto qeyd edib.