28 Sentyabr 00:56
365
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində Bosniya və Herseqovinanın xarici işlər naziri Dino Konakoviç ilə görüşüb.

Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.

Bildirilib ki, tərəflər iki ölkə arasında əlaqələrin inkişafını müzakirə edib və diqqəti qısa müddətdə nəzərəçarpacaq nəticələrin əldə oluna biləcəyi, prioritet sektorların daim təşviqinə töhfə verəcək sahələrə yönəldiblər.

Söhbət zamanı münaqişədən sonrakı regional yenidənqurma və sülh səyləri də müzakirə edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər