9 Oktyabr 12:08
1 452
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniyanın iqlim məsələləri üzrə naziri Kerri Makkarti Azərbaycanda işgüzar səfərdədir.

Teleqraf.com xəbər verir ki, bu barədə Britaniyanın Azərbaycandakı səfirliyinin “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

“İqlim dəyişikliyi ilə mübarizədə daha bir mühüm həftə Bakıda başlayır. Bu həftə ərzində diqqət COP29 danışıqlarına yekun hazırlıqlara yönəldiləcək. Nümayəndə heyətimizə Böyük Britaniyanın iqlim məsələləri üzrə naziri Kerri Makkarti rəhbərlik edir”, - Britaniya səfiri Ferqus Auld videomüraciətində bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər