9 Oktyabr 14:48
2 006
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Konqresinin Azərbaycanla bağlı şantaj xarakterli yanaşmalarına çox təəssüf ki, ölkə daxilində sevinən qüvvələr var. Görünən odur ki, Amerika bölgədə yer almaq üçün başqa-başqa variantlara əl atır. Bütün bunlar Cənubi Qafqazda yenidən gərginliyin yaranmasına xidmət edir. Azərbaycanın müstəqil siyasəti aparması da Vaşinqtonu qıcıqlandırır.

Bunu Teleqraf.com-a Yeni Azərbaycan Partiyasının təmsilçisi, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.

O qeyd edib ki, Amerika bir səfirlə ölkələri özündən asılı hala salmaq istəyir: “Bu günlərdə ABŞ Dövlət Departamentində Azərbaycanla bağlı əsassız iddiaları özündə əks etdirən müəyyən sənədlər hazırlanıb. Bu əsassız sənədlərdə Azərbaycanın daxili işlərinə müdaxilə etməklə yanaşı erməni lobbisinin maraqlarına xidmət edən məqamlar da əksini tapıb”.

Millət vəkilinə görə ölkəmizə qarşı erməni kartı üzərindən atılan iftiraları isə AXCP sədri Əli Kərimli sevinclə qarşılayır: “Bu adam 44 günlük Vətən Müharibəsində və ondakı proseslərdə mövqeyini ortaya qoymayıb. O, indiyə kimi Xocalı soyqırımına görə erməniləri ittiham etməyib. Sonuncu antiterror tədbirləri zamanı da buna ehtiyacın olmadığını deyirdi. Əli Kərimli həmişə işğal edilmiş ərazilərin azad edilməsindən danışırdı. Torpaqlarımız geri qaytarıldı, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə son 200 ildə ilk dəfə olaraq torpaqlarımız işğaldan azad olundu. Əli Kərimli isə hələ də ayağını Şuşaya, Xocalıya basmayıb. Əslində o gedib dost dediyi ermənilərin həmin ərazilərdə hansı vəhşilikləri törətdiyini görməli idi”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər