14 Oktyabr 13:28
1 731
12 Punto 14 Punto 16 Punto 18 Punto

Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Nikol Paşinyanın növbəti dəfə gündəmə gətirdiyi “sülh qovşağı” anlayışı nədən ibarətdir?

- Ermənistanın baş naziri hazırda mümkün qədər daxili auditoriyaya hesablanmış mesajlar verməyə, cəmiyyəti sakitləşdirməyə çalışır. Heç nəyə nail olmayan, verdiyi vədləri yerinə yetirməyən Paşinyan indi də nağıllar danışmağa başlayır. Məqsəd bezmiş xalqı sakitləşdirmək və hansısa “ümidlər” verməkdən ibarətdir. Reallıqda isə heç bir müsbət nəticə yoxdur. Miflərlə yenidən cəmiyyəti aldatmaq niyyətləri var. Nağıllarla real vəziyyəti ört-basdır etmək istəyirlər.

- “Sülh qovşağı” layihəsinin əslində Zəngəzur dəhlizinə alternativ olduğu iddia edilir. Bu nə dərəcədə məntiqlidir?

- Bu gün Ermənistan bir neçə tərəf arasında oyunlar aparır. İndiki halda Rusiya ilə münasibətlərə görə Qərbi aldatmağa çalışan Paşinyan arxa qapılar arxasında başqa manevrlər edir. Qərblə münasibətlərdə hamıya yalan danışaraq isə yaxın müttəfiqi İranı belə aldadır.

- İranın dəhliz və “sülh qovşağı” anlayışlarına münasibətində nə kimi fərqlər var?

- Rəsmi Tehran istəyir ki, regiondan keçən bütün nəqliyyat qovşaqlarına nəzarət etsin. Burada İranın başqa məqsədi yoxdur. Şərqlə Qərbi birləşdirən nəqliyyat xəttini İran öz nəzarətinə götürmək istəyir. Ermənistan isə buna dəstək verir.

- Zəngəzur dəhlizinə nəzarət məsələsində Rusiyanın da israrlı davranışları var. Orta Dəhliz layihəsinin bir parçası olacaq Zəngəzur dəhlizinə Rusiyanın nəzarətinə ABŞ-ın münasibəti necə olacaq?

- Amerikanın bu məsələlərdə manevr imkanları məhduddur. Rusiya da bu gün qarşılamış olduğu problemlərlə fərqli situasiya yaranıb. Ona görə də, hazırda bölgədə maraqlı olan oyunçular əslində olmayan məsələləri müzakirə edir. Müzakirələrin səbəbi isə Paşinyanın əsassız açıqlamaları ilə bağlıdır.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər