00:41
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kiyevdə keçirilən ərzaq təhlükəsizliyi üzrə beynəlxalq konfransda Ukrayna prezidenti Vladimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin idarə olunmasına yanaşmaların dəyişdirilməsinin zəruriliyini bəyan edib.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, onun sözlərinə görə, zabitlər əsgərləri görməlidirlər.

“Səngərdə olmayan general, təcrübəsinə baxmayaraq, mənim üçün general deyil. Generallar səngərdə olmalıdır”, - deyə Ukrayna lideri bildirib.

O əlavə edib ki, hazırda Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırskinin əsas vəzifəsi orduda bürokratiyanın azaldılmasıdır və prioritet məsələ “hərbçilərin mənəvi vəziyyətidir”.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər