29 Noyabr 16:10
14 398
12 Punto 14 Punto 16 Punto 18 Punto

Finlandiyanın ATƏT-ə sədrliyi dövründə Cənubi Qafqaz prioritet olacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə Finlandiya xarici işlər naziri Elina Valtonen erməni həmkarı Ararat Mirzoyanla görüşdən sonra "X" sosial şəbəkəsində məlumat verib.

“Biz Ermənistan və Avropa İttifaqı arasında münasibətləri gücləndirmək əzmimizlə yanaşı, demokratik islahatlara sadiqliyimizi vurğuladıq. Cənubi Qafqaz bizim ATƏT-ə sədrliyimiz dönəmində prioritetə çevriləcək. Konstruktiv müzakirələr davam edəcək”, - deyə XİN rəhbəri Azərbaycanla Ermənistan arasında dialoqun davam etdirilməsi üçün mümkün vasitəçiliyə eyham vuraraq yazıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər