29 Noyabr 15:46
19 892
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya 3+3 platformasını Cənubi Qafqaz məsələsində tamhüquqlu təşkilata çevirmək üzərində işləyir.

Teleqraf.com xəbər verir ki, bu sözləri Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.

Azərbaycan-Ermənistan sülh prosesindən danışan rusiyalı diplomat Moskvanın vasitəçiliyi ilə imzalanmış sənədləri xatırladıb:

“Əminik ki, 2020-2023-cü illərdə imzalanmış üçtərəfli sazişlər kompleksi xətti üzrə əlaqələndirilmiş irəliləyiş bizə regionda sabit sülhü təmin etməyə və onun yaradıcı potensialını üzə çıxarmağa imkan verəcək.

Biz əvvəlki kimi, Ermənistan-Azərbaycan münasibətlərinin bütün istiqamətlərdə normallaşmasına dəstək verməkdən çəkinmirik. Bütün region ölkələrinin maraqlarının uzlaşdırılmasında 3+3 regional əməkdaşlıq platformasına mühüm yer veririk. Biz onu Cənubi Qafqazda tamhüquqlu əməkdaşlıq təşkilatına çevirmək üzərində işləyirik”.

Qeyd edək ki, 3+3 regional platformasına Azərbaycan, Türkiyə, Rusiya. Gürcüstan, Ermənistan və İran daxildir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər