İranın xarici işlər naziri Abbas Araqçı Türkiyəyə səfər edəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“İran xarici işlər naziri Abbas Araqçı 2 dekabr 2024-cü il tarixində ölkəmizə səfər edəcək”, – məlumatda bildirilir.

Xatırladaq ki, daha əvvəl Araqçı ilə rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı baş tutmuşdu.