11:39
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bu iki ildə Qərbi Azərbaycana qayıdış ideyasını ümumi ideyaya çevirdik. Bu məsələ bütün türk dünyanın məsələsinə çevrilib. Dünən hamımız qarabağlı olduğumuz kimi, bu gün hamımız Qərbi Azərbaycanlıyıq”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisdə keçirilən dinləmədə Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli deyib.

“İcmanın bəyanatları beynəlxalq aləmdə ciddi şəkildə qəbul olunur. Bu işdə cənab Prezident müstəsna rol oynadı. Qərbi Azərbaycan İcmasının müraciətlərinə cavab verilməsinə nail olduq.

İcma Birləşmiş Millətlər Təşkilatı kimi beynəlxalq tədbirlərdə iştirak edir. İcma Ermənistandan didərgin salınmış azərbaycanlıların təhlükəsiz şəkildə və ləyaqətlə geri qayıdışını təmin etmək üçün fəaliyyətini genişləndirir. İnanıram ki, bu gün dinləmədə qaldırılacaq məsələlər icmanın fəaliyyətinə öz töhfəsini verəcək”, - Əziz Ələkbərli vurğulayıb.


Müəllif: Şəbnəm Zahir

Oxşar xəbərlər