14:01
260
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İttifaqı hər vəchlə bölgədə sülhü pozmağa çalışır. Polşa Prezidenti Andjey Dudanın Avropa İttifaqının Ermənistandakı “missiyası"nın üzvləri ilə birgə Ermənistan və Azərbaycan arasında sərhəd bölgəsinə səfəri heç də təəssüfi deyildi. Görünür, o da şərti sərhəddə Aİ adından göndərilmişdi.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin sədr müavini Ziyafət Əsgərov deyib.

“Məqsədləri regionda yenidən vəziyyəti gərginləşdirməkdir. Aİ hazırda Azərbaycanla Ermənistan arasındakı sülh danışıqlarını sabotaj edir. Ermənistan müstəqil dövlət olmadığına görə, Aİ kimi təşkilatlar, Fransa kimi ölkələr tərəfindən bir alət kimi istifadə olunur”, - deyə o əlavə edib.

Vitse-spiker bilidirib ki, həmin qüvvələr Ermənistanı davamlı olaraq silahlandırır: “Cənubi Qafqazda Ukrayna ssenarisini davam etdirmək istəyirlər. Çünki gərginlik və insan ölümü onlar üçün quru statistikadır. Aİ-nin keçmiş təmsilşici Jozep Borrel Avropa məkanından kənarda olan yerləri “cəngəllik” adlandırmışdı. Əgər onlar buranı doğurdanda “cəngəllik” hesab edirsə, Dudanı niyə göndərmişdilər? Gəlib sərhəddə “binokl şousunda” xidmət etmək nəyə hesablanıb? Əslində Aİ bu kimi şoularla heç nəyə nail ola bilməyəcək”.

Ziyafət Əsgərova görə, Azərbaycanla indi hansısa təzyiq dilində danışmaq mümkün deyil: “Aİ-nin köhnəlmiş təzyiq elementləri növbəti dəfə iflasa uğrayacaq. Azərbaycanla Ermənistan arasında sülh və sərhədlərin delimitasiyası ilə bağlı işlər davam edir. Fransa və Aİ İttifaqı kimi dağıdıcı qüvvələr isə Cənubi Qafqazda təhlükəsizlik arxitekturasının pozulması üçün sülhü sabotaj etməyə çalışır”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər