4 Dekabr 16:34
1 238
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qərb ölkələri ilə yanaşı, qeyri-qərb ölkələri də Cənubi Qafqazda vəziyyətin gərginləşməsinə xidmət edən addımlar atırlar. Bu addımlardan ən başlıca Ermənistanın silahlandırılmasıdır. Çünki bu ölkənin timsalında pis qonşu təcrübəsi var.

Bunu Teleqraf.com-a Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Mətin Məmmədli deyib.

“Ermənistan digər dövlətlərin təsiri və təşviqi ilə öz qonşusuna yəni, Azərbaycana qarşı təcavüzkar siyasət həyata keçirib. Burada kənar amillərlə yanaşı, daxili faktorlar mövcuddur”, - deyə o bildirib.

Ekspertin fikrincə, təcavüzkar təcrübəyə malik Ermənistanı yenidən silahlandırmaq, qarşıdurma vəziyyəti yaratmaq bölgədə hərbi-siyasi eskalasiya riskinin artmasına səbəb olacaq:

“Sözsüz ki, Azərbaycan bu kimi “təşəbbüslərə” laqeyd qala bilməz. Ölkəmiz istənilən halda öz ərazi bütövlüyünə, sərhədlərinin toxunulmazlığına yönələn hansısa təhlükəni real hesab etsə, adekvat addımlar atacaq. Bu addımlar siyasi, hərbi müstəvidə də ola bilər”.

Mətin Məmmədli baş verə biləcək təxribatdan Ermənistanın hansısa “üstünlüklə” çıxması məsələsinə də aydınlıq gətirib:

“Bu təbii ki, xam təxəyyülün məhsuludur. Azərbaycanla Ermənistan arasında hərbi müstəvidə olan balans tam fərqlidir. Ona görə də Ermənistanın hansısa hərbi təxribat nəticəsində nəsə “üstünlük” qazanması mümkün deyil. Yaxşı olardı ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi bunu nəzərə alsın və sülh gündəliyindən çəkindirən kənar amillərə aludə olmasınlar”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər