8 Dekabr 2024 00:11
763
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyada hökumət qüvvələrinə qarşı çıxan silahlı qruplar Dəməşqin ətrafına yaxınlaşıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı yerli mənbələrə istinadən məlumat yayıb.

Onların sözlərinə görə, Suriya ordusunun bölmələri paytaxtın bir sıra ətraf rayonlarını tərk edib. Xüsusilə də Suriya Silahlı Qüvvələri 2018-ci ildə genişmiqyaslı əməliyyat zamanı hökumət qüvvələrinin nəzarətə götürdüyü Şərqi Qutadan geri çəkilib.

Noyabrın 28-də CNN telekanalı Suriyanın silahlı müxalifət qruplarının Hələb vilayətinin qərb bölgələrində hökumət qoşunlarına qarşı irimiqyaslı hücuma keçdiyini bildirib.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər