8 Dekabr 01:57
784
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Müharibənin tez bir zamanda bitməyəcəyi aydındır. Bu, sadəcə olaraq mümkün deyil. Trampın hansı planı hazırlamasından asılı olmayaraq, reallıq yoxlamasından keçməli olacaq”.

Teleqraf.com xəbər verir ki, bunu Ukraynanın keçmiş xarici işlər naziri Dmitri Kuleba “Die Presse” qəzetinə müsahibəsində deyib.

O bildirib ki, ABŞ-nin yeni prezidenti Donald Tramp respublikadakı münaqişəni nə 24 saat, nə 48 saat, nə də 72 saat ərzində həll edə biləcək”.

Kulebanın fikrincə, prezidentlik yarışında siyasətçinin qələbəsi Ukrayna, eləcə də istənilən digər Avropa ölkəsi üçün eyni deməkdir: "Qəbul edilməli yeni reallıq. Trampın ilk açıqlamaları və telefon zəngləri böyük səs-küyə səbəb olsa da, hələlik bunlar sadəcə sözlərdir" - deyə xarici işlər naziri vurğulayıb.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər