Fransanın İrəvandakı səfiri Olivye Dekotini Ermənistan-Azərbaycan sərhədində olub.
Teleqraf.com xəbər verir ki, diplomat sərhəddə patrul aparan Avropa İttifaqının (Aİ) monitorinq missiyasının fəaliyyətini müşahidə edib.
Dekotiniyə Aİ missiyasının fəaliyyəti barədə məlumat verilib. Səfir Xaçik kəndində patrula qoşulub.
Fransa səfiri tez-tez Azərbaycana qarşı bu kimi təxribatçı addımlar və açıqlamaları ilə gündəmə gəlir.