Azərbaycan və Ermənistan ABŞ və Avropa İttifaqının “sülh yolu ilə nizamlanma” ilə bağlı təkliflərinə məhəl qoymayaraq, bütün məsələləri müstəqil həll etməyə üstünlük verir.
eleqraf.com xəbər verir ki, bu barədə Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin bildirib.
“ABŞ bütün cəbhələrdə təşəbbüsü itirir. Vaşinqton postsovet məkanında da uğursuzluğa düçar olmağa başlayıb”, - qurumun rəhbəri vurğulayıb.
Narışkin kontekstdə Gürcüstan və Moldovanı misal çəkib:
“Baxın, bu yaxınlarda marionet Saakaşvilinin qalstukunu yediyi Gürcüstanda Qərb hakim “Gürcü Arzusu” Partiyasının seçkilərdə qalib gəlməsinin qarşısını ala bilmədi. Qərbə qarşı ehtiyatsız oriyentasiyanın təhlükələrini dərk edən Gürcüstan hakimiyyəti öz maraqlarından çıxış etmək qərarına gəlib, indi kənardan tətbiq edilən, ənənəvi gürcü dəyərlərinə son dərəcə yad olan ultra-liberal gündəmdən şüurlu şəkildə uzaqlaşır.
Moldovada Sandu rejimi Moldova cəmiyyətinin dərinə parçalanması hesabına seçkilərdə istədiyi nəticəni çətinliklə əldə etdi”.