Latakiyada Bəşər Əsədin qardaşı Mahir Əsədin saxlanıldığı ehtimal edilir.
Teleqraf.com xəbər verir ki, bu barədə "Azad İran" teleqram kanalı məlumat yayıb.
Məlumata əsasən, müxalifət qüvvələri Latakiyanın Əl-Rəbia qəsəbəsindəki fermada bir qrup zabiti mühasirəyə alıblar. İddialara görə, həmin şəxslər arasında Bəşər Əsədin qardaşı Mahir Əsəd də var.
Qeyd edək ki, Mahir Əsəd Bəşər Əsədin kiçik qardaşıdır.