10:32
373
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bəşər Əsəd rejiminin devrilməsi ilə Suriyada ağır zərbə alan İran növbəti belə bir durumla Zəngəzurda üzləşə bilər.

Teleqraf.com xəbər verir ki, bu barədə rusiyalı politoloq Modest Kolerov deyib.

“Paşinyan İranın dostu deyil və heç vaxt dost olmayacaq. Buna görə də İran Zəngəzurda nə Paşinyan, nə də Ermənistanı yox, öz maraqlarını qorumağa çalışır. Nəzəri cəhətdən elə bir bənzətmə təsəvvür etmək olar ki, Suriyada iranpərəst qüvvələr olduğu kimi, Zəngəzurda da ola bilər”, - ekspert belə söyləyib.

Bununla belə, Kolerov qeyd edib ki, İran indiyədək Azərbaycan və Türkiyənin Zəngəzur dəhlizi layihəsinə mane olsa da, indi durum dəyişib:

“İran bunun qarşısını alırdı, amma Əsədin devrilməsi və Suriyanın terrorçuların (müxalifətin) nəzarətinə keçməsi İrana böyük zərbə oldu. Bu, bəzi regional və beynəlxalq oyunçuların İranın zəiflədiyini düşünməsinə zəmin yaradıb”.

Rusiyalı politoloq Zəngəzuru Ermənistanın “Axilles dabanı” - zəif nöqtəsi adlandırıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər