Milli Məclisin növbəti plenar iclası başlayıb.
Teleqraf.com xəbər verir ki, spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən toplantının gündəliyinə 10 məsələnin müzakirəsi daxil edilib.
İclasda “Minatəmizləmə fəaliyyəti haqqında”, “Yol hərəkəti haqqında”, “Diplomatik xidmət haqqında” qanun layihələrində və daha yeddi layihəyə baxılacaq.