20:08
420
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bəşər Əsəd rejiminin devrilməsindən sonra Rusiya və İran Suriyadakı mövqelərini itirib.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Analitik Suriya böhranı ətrafındakı son geosiyasi gəlişmələrə diqqət çəkib:

“Suriya ilə bağlı Astana formatının tarixə qovuşması Rusiya və İranı oyundankənar vəziyyətə salıb. Moskva və Tehranın Suriyadakı rolu sadəcə Əsəd rejiminə dəstək üzərində qurulmuşdu. Rejim dağıldığından Moskva və Tehranın Suriyadakı mövqeləri buxarlanıb.

Bu gün İordaniyada Suriya ilə bağlı beynəlxalq tədbir işə başlayıb. Türkiyə, ABŞ, İordaniya, Səudiyyə Ərəbistanı, Qətər, İraq, Livan, Misirin xarici işlər nazirləri, o cümlədən Avropa İttifaqı və BMT təmsilçiləri Suriyanın gələcəyini müzakirə edirlər. Suriya faktiki yenidən qurulmalıdır, ilk növbədə, bu ölkənin ərazi bütövlüyü təmin edilməli, yeni Konstitusiya qəbul olunmalı, seçkilər keçirilməli, dövlət institutları formalaşdırılmalıdır. Bunların həyata keçirilməsində əsas yük Türkiyənin üzərində olacaq. Digər dövlətlər donor rolunda çıxış etməlidirlər”.

Elxan Şahinoğlunun fikrincə, Suriya ilə bağlı yeni planın müəllifi Türkiyə olacaq:

“ABŞ İkinci Dünya Müharibəsindən sonra dağılan Avropa ölkələrinin iqtisadi-sosial problemlərinin həlli məqsədilə “Marşal planı”nı həyata keçirdi. Avropa ölkələrinin bir çoxu məhz bu planın hesabına dağılmış infrastukturlarını bərpa etdilər və çiçəklənmə dövrünə qədəm qoydular. Suriya üçün də oxşar plana ehtiyac var. Bu dəfəki planın əsas müəllifi isə Türkiyə və müttəfiqləri olacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər