6872 nəfər bələdiyyə seçkilərində iştirak üçün müraciət edib.

Teleqraf.com xəbər verir ki, bu sözləri Mərkəzi Seçki Komissiyasının sədri müavini Rövzət Qasımov deyib.

Qurum rəsmisi bildirib ki, namizədlərə 3800-ə qədər imza vərəqəsi təqdim olunub: "350-yə yaxın şəxsin namizədliyi qeydə alınıb. Müraciət edən iddiaçıların 50 faizdən çoxu 21-35 yaş aralığındadır".