“Bəzi səfirlər Azərbaycanda diplomatik yox , siyasi faəliyyətə başlayıblar”.
Teleqraf.com xəbər verir ki, bu sözləri Milli Məclisin plenar iclasında deputat Siyavuş Novruzov deyib.
“Hesab edirəm ki, bunlara qarşı Xarici İşlər Nazirliyi tərəfindən addımlar atılır. Daha da ciddi tədbirlər görülməlidir. Fransa səfiri özünü səfir yox, səfil kimi aparmağa başlayıb. Azərbaycan təhlükəsizlik adasıdır. Bu adanı hamımız qorumalyıq”, - deputat qeyd edib.
Deputat Elşən Musayev isə deyib ki, Avropa Parlamentinin məlum qətnaməsi absuddur:
"Fransa səfiri hakim kimi çıxış etməyə başlayıb. İndiyədək başqa ampulada çıxış etməmişdi ki... Ancaq Fransanın mövqeyi iflasa məhkumdur”.