20 Dekabr 11:43
9 547
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan və Ermənistan arasında sülh prosesi hazırkı hökumət və ABŞ dövlət katibi üçün həyati əhəmiyyətli olaraq qalır, Vaşinqton administrasiyası son gününə qədər bunun üzərində işləməyə davam edəcək.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel brifinqdə deyib.

Jurnalistin Vaşinqtonun Ermənistan-Azərbaycan nizamlanmasındakı səylərinin hələ nəticə verməməsindən ABŞ-ın məyus olub-olmaması sualını cavablandıran Patel Vaşinqtonun məyusluqlara diqqət yetirməməyə və bu işi davam etdirməyə çalışdığını vurğulayıb.

Onun sözlərinə görə, ABŞ dövlət katibi Entoni Blinken dəfələrlə çətin iş günlərində istənilən nəticənin əldə olunmasının gözlənildiyini qeyd edib.

“Bu məsələ hazırkı administrasiya və dövlət katibi üçün həyati əhəmiyyət kəsb edir, biz vəzifədə olduğumuz son günə qədər bu məsələ üzərində işləməyə davam edəcəyik”, - Patel belə vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər