Avropa İttifaqı (Aİ) Ermənistan-Azərbaycan sərhədinin delimitasiya və demarkasiyasında maraqlı deyil.
Teleqraf.com xəbər verir ki, bu barədə erməni politoloq Akop Badalyan bildirib.
Ekspertin fikrincə, Aİ bunu Ermənistandakı sərhəd missiyasını saxlamaq üçün istəmir.
“Əgər Ermənistan baş naziri sərhədin delimitasiya və demarkasiyası prosesi tam başa çatdıqdan sonra üçüncü tərəfin sərhəddə olmasının lüzumsuz olacağını deyirsə, Avropa İttifaqı Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası prosesində maraqlı olacaqmı? Onda Avropa İttifaqı missiyasının mənası qalmazdı. Elə deyilmi?”, - Badalyan belə qeyd edib.
Xatırladaq ki, Ermənistan Baş naziri Nikol Paşinyan bundan əvvəl demarkasiya başa çatdıqdan sonra Aİ missiyasının sərhəddən çıxarılacağını açıqlamışdı:
“Sərhədin tam demarkasiyası başa çatdıqdan sonra Ermənistan-Azərbaycan sərhədinin hər hansı bir hissəsində üçüncü qüvvələrin olmasına ehtiyac qalmayacaq”.