24 Dekabr 10:49
893
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Baş naziri Nikol Paşinyan ATƏT-in Minsk qrupunun buraxıldığını bəyan etməyə hazırlaşır.

Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Qriqor Balasanyan deyib.

“Ermənistan baş nazirinin 1994-cü ildən bəri Bakı ilə danışıqların yalnız Qarabağın Azərbaycana qaytarılması üzərində aparıldığı barədə bəyanatı ATƏT-in Minsk qrupunun buraxılması üçün zəmin hazırlamaqdır. Mən 95 faiz əminəm ki, belə bəyanatlarla Nikol Paşinyan Minsk qrupunun buraxılması üçün hazırlıqlara başlayır”, - ekspert vurğulayıb.

Balasanyanın sözlərinə görə, Ermənistan baş naziri bir gün açıq şəkildə Minsk qrupunun artıq lazım olmadığını bəyan edəcək.

Minsk qrupunun buraxılmasının sülh müqaviləsinin imzalanması üçün Azərbaycanın Ermənistana şərtlərindən biri olduğu bildirilir. Prezident İlham Əliyev İrəvanı Azərbaycanla birlikdə qrupun buraxıldığını bəyan etməyə çağırıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər