24 Dekabr 11:52
742
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan və Ermənistan birlikdə ATƏT-in Minsk qrupunu dəfn edir, artıq Baş naziri Nikol Paşinyan bunun anonsunu verib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Past” qəzeti yazır.

Erməni nəşri iddia edir ki, Ermənistan rəhbəri Minsk qrupunun buraxılması ilə əlaqədar Azərbaycanın tələbini qəbul edib:

“Artıq Paşinyanın özü Minsk qrupunun ləğvi ilə bağlı danışıqlar irəli sürür. Bu çərçivədə o, Qarabağ ermənilərini inandırıb ki, qayıdış real deyil. Ermənistan baş naziri bəyan edib ki, Qarabağ məsələsi bizim boynumuza kəndir kimi dolanıb, bundan Ermənistanı yaxın bir yerə bağlamaq üçün istifadə olunub. Əslində Paşinyan bununla o fikri irəli sürür ki, Minsk qrupundan imtina etmək bizim üçün daha sərfəlidir ki, Qarabağ məsələsi boynumuza kəndir kimi atılmasın. Başqa sözlə, proses Minsk qrupunun dəfn edilməsi istiqamətində gedir”.

Minsk qrupunun buraxılmasının sülh müqaviləsinin imzalanması üçün Azərbaycanın Ermənistana şərtlərindən biri olduğu bildirilir. Prezident İlham Əliyev İrəvanı Azərbaycanla birlikdə qrupun buraxıldığını bəyan etməyə çağırıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər