Azərbaycan-ABŞ münasibətləri hazırda qənaətbəxş deyil.

Teleqraf.com xəbər verir ki, b sözləri Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev 2024-cü ilin yekunlarına həsr olunan mətbuat konfransında deyib.

"907-ci düzəliş ABŞ-nin Azərbaycan-Ermənistan məsələsinə münasibətini göstərir", - deyə Şəfiyev bildirib.