10:38
633
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qərb Zəngəzur dəhlizinin Rusiyanın nəzarətində olmasını istəmir.

Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Arman Qriqoryan deyib.

“Dəhliz məsələsinə gəlincə, mən bu fikirdəyəm ki, bu, təkcə Ermənistan-Azərbaycan məsələsi deyil, daha böyük geosiyasi münaqişənin epizodudur. Hesab edirəm ki, burada əsas məsələ rusların o dəhlizin qarantı olub-olmayacağı ilə əlaqəlidir. Qərb Ermənistanı belə bir perspektivə müqavimət göstərməyə sövq edir ki, bunu ABŞ dövlət katibinin müavini Ceyms Obrayen hələ bir neçə ay əvvəl İrəvana səfərində, həmçinin Konqresdə dinləmələrdə açıq şəkildə bəyan edib. Ümid etmək lazımdır ki, bu cür təşviq mənim ciddi şübhələrim olan zəmanətlərlə dəstəklənir”, - ekspert bildirib.

Xatırladaq ki, Obrayen məlum açıqlamasında ABŞ-ın Rusiya və İrandan yan keçən dəhlizdə maraqlı olduğunu söyləmişdi.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər