Milli Məclisin üzvləri Gürcüstana rəsmi səfərə dəvət olunublar.
Teleqraf.com xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin mətbuat xidmətindən bildirilib.
Məlumata əsasən, səfər 2025-ci əvvəlində baş tutacaq. Azərbaycan parlamentinin nümayəndə heyəti əsasən komitə sədrlərindən ibarət olacaq.
Qeyd edəki ki, ötən gün Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycana səfər etmiş Gürcüstan parlamentinin Gənclər, elm və təhsil məsələləri komitəsinin sədri Givi Mikanadzenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.