Mahmud Vladiqafqazda anadan olub, yaş yarıma qədər orada yaşayıb, sonra Azərbaycana köçmüşük. İstirahət məqsədilə əmilərinin yanına gedirdi.
Bunu Teleqraf.com-a Qazaxıstanın Aktua şəhərində qəzaya uğrayan "Azərbaycan Hava Yolları"na məxsus təyyarədə olan Mahmud Tutunçuyevin atası Muhuma Tutunçuyev deyib.
“Məktəbi Sumqayıt şəhərində oxuyub. Bakı Avrasiya Universitetinin 3-cü kursunda təhsil alır, evin tək uşağıdır”, - deyə o əlavə edib.
Muhuma Tutunçuyev üç qardaşının Vladiqafqazda yaşadığını və Yeni illə əlaqədar Mahmudun əmilərinin yanına getdiyini bildirib: “Arzusu doğulduğu şəhəri görmək olub. Təyyarəyə minəndə telefonla danışdıq. Aeroportdan dostu yola salmışdı. Daha sonra heç bir xəbər ala bilmədik. Qəza xəbərini sosial şəbəkələrdən öyrəndim”.