Ermənistan Baş naziri Nikol Paşinyan tezliklə ATƏT-in Minsk qrupunun buraxılması ilə bağlı sənədi imzalayacaq.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı Artur Xaçaturyan deyib.
“ATƏT-in Minsk qrupunun buraxılması Azərbaycan Prezidenti İlham Əliyevin tələbidir. Nikol tezliklə Əliyevin tələbini yerinə yetirəcək və Minsk qrupunun buraxılması ilə bağlı Bakıda hazırlanan sənədi imzalayacaq. Nikol artıq bunun anonsunu verib. Məsələn, bəyan edib ki, Minsk qrupu Ermənistandan Qarabağı təhvil verməyi tələb edirdi”, - deputat bildirib.
Azərbaycan liderinin Ermənistan Konstitusiyasının dəyişdirilməsi tələbinə gəlincə, Xaçaturyan vurğulayıb ki, Paşinyan bu tələbi də yerinə yetirəcək:
“Nikol real Ermənistan tezisini ortaya atıb. Real Ermənistanın da yeni, real Konstitusiyaya ehtiyacı var, ona görə də köhnəni dəyişdirmək lazımdır. O, bu əsasda Konstitusiyaya dəyişiklik etməyə çalışacaq”.