28 Dekabr 16:49
219
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının xarici siyasətində ötən illərdə olduğu kimi qonşu dövlətlər ilə münasibətlərə xüsusi diqqət ayrılıb. 2024-cü ildə Türkiyə, Rusiya, Gürcüstan və İrana ali və yüksək səviyyədə səfərlər baş tutub.

Teleqraf.com xəbər verir ki, bu barədə məlumat Azərbaycanın Xarici İşlər Nazirliyinin ilin yekunlarına dair hesabatında əks olunub.

"İl ərzində mövcud ikitərəfli və digər əməkdaşlıq formatları çərçivəsində görüşlərin keçirilməsi ölkəmizin regional əməkdaşlığa xüsusi əhəmiyyət verdiyinin göstəricisi olub.

Mövcud çağırışlara qarşı mübarizənin aparılması, eləcə də təhlükəsizliyin, sabitliyin və iqtisadi əməkdaşlığın gücləndirilməsi məqsədilə cari ilin 3 iyul tarixində Astanada Azərbaycan və Türkiyə Prezidentləri və Pakistan Baş naziri arasında üçtərəfli görüş, 15 mart tarixində Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin 9-cu üçtərəfli görüşü, 18 oktyabr tarixində İstanbul şəhərində 3+3 regional əməkdaşlıq platformasının xarici işlər nazirlərinin iclası keçirilib", -deyə hesabatda qeyd olunub.


Müəllif: Ceyhun Ağazadə

Oxşar xəbərlər