29 Dekabr 2024 13:17
387
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstanın Aktau şəhəri yaxınlığında baş vermiş təyyarə qəzasını araşdıran komissiya ilə beynəlxalq ekspertlər arasında ilk iclas keçirilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Qazaxıstanın Nəqliyyat Nazirliyi məlumat yayıb.

Nəqliyyat naziri Marat Karabayevin sədrliyi, o cümlədən 17 beynəlxalq ekspertin iştirakı ilə keçirilən iclasda komissiyanın iş planı müəyyənləşdirilib.

Komissiyanın tam tərkibdə hadisə yerinə baş çəkəcəyi və qəza bölgəsindəki təyyarənin komponentlərini nəzərdən keçirəcəyi qeyd olunub.

Xatırladaq ki, aviaqəzanın başvermə səbəblərini araşdırmaq üçün Aktauya 17 beynəlxalq ekspert cəlb edilib.

Onların arasında Beynəlxalq Mülki Aviasiya Təşkilatının mütəxəssisləri də var.


Müəllif: Ceyhun Ağazadə

Oxşar xəbərlər