29 Dekabr 2024 21:09
726
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyanın keçid hökumətinin xarici işlər naziri Əssad Həsən Əş-Şibani iki ölkə arasında münasibətlərin möhkəmləndirilməsi üçün Azərbaycana səfərə dəvət olunub.

Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev və Suriyanın keçid hökumətinin xarici işlər naziri Əssad Həsən Əş-Şibani arasında görüşündə bildirilib.

Suriya xarici işlər naziri yeni qurulan Nazir Əş-Şibani dəvəti məmnuniyyətlə qəbul edib və Azərbaycan nümayəndələrini Suriyada mütəmadi şəkildə görməkdən məmnun olacaqlarını bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər