31 Dekabr 2024 11:27
408
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə müdafiə naziri Yaşar Gülər ​​Yeni il münasibəti ilə mesaj verib.

Teleqraf.com xəbər verir ki, müdafiə naziri mesajında Azərbaycanı da unutmayıb.

Yaşar Gülərin mesajının həmin hissəsi belədir:

“Türkiyə Silahlı Qüvvələri beynəlxalq platformalar və ikitərəfli əlaqələrdə üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq, geniş bir coğrafiyada dünyanın təhlükəsizliyinə, sülh və sabitliyinə mühüm töhfələr verir. Bu çərçivədə həyata keçirdiyimiz fəaliyyətlərlə beynəlxalq təhlükəsizlik arxitekturasının aktiv və əvəzsiz üzvlərindən birinə çevrilmişik.

Strateji fəaliyyətlərimiz həm ölkəmizin qüdrətini daha da gücləndirir, həm də dost, qardaş, məzlum xalqlar üçün ümid mənbəyinə çevrilir.

Əvvəla, biz "Bir Millət, İki Dövlət" anlayışı ilə ölkəmizin təhlükəsizliyindən, əmin-amanlığından ayrı görmədiyimiz can Azərbaycanın sabitliyi üçün hər zaman qardaşlarımızın yanında olmuşuq və olmağa da davam edəcəyik.

Bu arada, dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən Azərbaycan Hava Yollarının sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində insan tələfatı bizi dərindən kədərləndirdi. Bu münasibətlə həyatını itirən azərbaycanlı qardaşlarıma Allah rəhmət eləsin, onların ailələrinə, dost və qardaş Azərbaycan xalqına səbr diləyir və başsağlığı verir, yaralılarımıza tezliklə şəfa diləyirəm”.

Gülər Türkiyə və Azərbaycanı tarxi dostluq və qardaşlıq bağlarının birləşdirdiyini vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər