Gürcüstanın sabiq prezidenti Salome Zurabişvili Bolnisi rayonunun Naxiduri (Arıxlı) kəndində baş vermiş avtoqəza ilə bağlı başsağlığı yayıb.
Teleqraf.com xəbər verir ki, o, sosial şəbəkə hesabında hadisə nəticəsində həyatını itirən iki azərbaycanlı yeniyetmənin ailəsinə və kənd sakinlərinə başsağlığı verib.
Xatırladaq ki, ötən gün baş vermiş qəzada dünyasını dəyişənlər 15-16 yaşlı Elçin Binnətov və Sinan Şərifovdur. Qəzanı törədən 21 yaşlı sürücü saxlanılıb.