3 Yanvar 10:37
480
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya və Fransanın xarici işlər nazirləri Annalena Berbok və Jan Noel Barro Suriyaya səfər ediblər.

Teleqraf.com xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, rəsmilər yeni hakimiyyətinin lideri Əhməd əl-Şaraa ilə görüşəcəklər.

Əl-Şara ilə danışıqlardan əlavə, nazirlər vətəndaş cəmiyyətinin nümayəndələri ilə də görüşməyi planlaşdırırlar.

Bildirilir ki, səfər Avropa İttifaqının adından həyata keçirilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər