4 Yanvar 10:49
644
12 Punto 14 Punto 16 Punto 18 Punto

Braziliya Qazaxıstanın Aktau şəhərində qəzaya uğrayan "Azərbaycan Hava Yollarına" (AZAL) məxsus təyyarənin uçuş registratorlarını təhlil etməyə başlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə yerli "G1" portalı məlumat yayıb.

"Əldə olunan məlumatlar qəzanın təhlili və təhqiqatına cavabdeh olan Qazaxıstan Aviasiya Qəzalarının Təhqiqat Departamentinə veriləcək", - deyə nəşr yazıb.

Vurğulanır ki, Braziliya Hərbi Hava Qüvvələrinin mütəxəssisləri "qara qutu"lardakı məlumatları təhlil edəcəklər.

Qeyd edək ki, dekabrın 25-də Bakıdan Çeçenistanın paytaxtı Qroznıya uçan Azərbaycan Hava Yollarına (AZAL) məxsus “Embrarer 190” tipli sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhərindən bir neçə kilometr aralıda qəzaya uğrayıb.

Hava gəmisində Azərbaycan, Rusiya, Qırğızıstan və Qazaxıstandan olan 62 sərnişin, həmçinin 5 ekipaj üzvü olub.

Qəza nəticəsində 38 nəfər ölüb, 29 nəfər, o cümlədən 2 ekipaj üzvü sağ qalıb. Yaralılardan bəzilərinin vəziyyəti ağırdır.

Faktla bağlı Azərbaycan və Qazaxıstanda cinayət işi açılıb. Hər iki ölkənin hökumətləri təyyarə qəzasının səbəblərini araşdırmaq üçün komissiyalar yaradıb. Sahə tədqiqatları Azərbaycanın aviasiya administrasiyası ilə əməkdaşlıq çərçivəsində aparılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər