6 Yanvar 16:32
268
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ödənişli təşviqatla bağlı Mərkəzi Seçki Komissiyası (MSK) bütün media subyektlərinə qanunvericilikdə nəzərdə tutulmuş vaxtda müraciət ünvanlayıb.

Teleqraf.com xəbər verir ki, bunu MSK-nın bu gün keçirilən iclasında MSK sədrinin müavini Rövzət Qasımov deyib.

O qeyd edib ki, bələdiyyə seçkilərində ödənişli seçkiqabağı təşviqata qoşulmaqla bağlı 20 media qurumu MSK-ya müraciət edib: “Bu müraciətlərin hamısı təmin edilib, onların müvafiq təklif və məlumatları təşviqat subyektlərinin tanış olması üçün MSK-nın rəsmi internet səhifəsində yerləşdirilib”.

Rövzət Qasımovun sözlərinə görə, təşviqatla əlaqədar açıq və qapalı olmaqla, ümumilikdə 5912 görüş yeri də namizədlər üçün müəyyən edilib. Qanunvericilikdə qadağan olmayan digər yerlərdə də namizədlər təşviqat apara bilərlər.


Müəllif: Məlik Məlikov

Oxşar xəbərlər