7 Yanvar 22:55
307
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-nin yeni prezidenti Donald Tramp Ukraynanın NATO-ya daxil olması ilə bağlı Rusiya Federasiyasının mövqeyini anladığını bildirib.

Teleqraf.com xəbər verir ki, o, bu barədə Floridadakı Mar-a-Laqo iqamətgahında keçirilən mətbuat konfransı zamanı danışıb.

O, Moskvanın uzun müddət Kiyevin Şimali Atlantika Alyansına qoşulmasını qəbuledilməz saymasına diqqət çəkib. Rusiya Federasiyası bu məsələ ilə bağlı mövqeyini hələ Vladimir Putin onun rəhbəri olmamışdan əvvəl açıqlayıb.

“Sanki daşda oyulmuşdu və sonra Co Bayden dedi ki, Ukrayna NATO-ya üzv ola bilmə hüququna malik olmalıdır. Mən Moskvanın hisslərini başa düşürəm”, - deyə siyasətçi qeyd edib.

Bundan əlavə, o, Bayden administrasiyasının Ukraynanın Şimali Atlantika Alyansına mümkün girişini müzakirə edərkən çoxlu səhvlərə yol verdiyinə əminliyini ifadə edib.


Müəllif: Arzu

Oxşar xəbərlər