8 Yanvar 15:33
420
12 Punto 14 Punto 16 Punto 18 Punto

Macarıstan MDB və KTMT-yə üzvlüyün lehinə NATO-dan çıxmağa qərar verərsə, Ukrayna Avropa İttifaqı (Aİ) və alyansda onun yerini tutmağa hazırdır.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

“Əgər Macarıstan üçün prioritet Aİ və ABŞ-ni yox, Rusiyanı gücləndirməkdirsə, bu, açıq şəkildə tanınmalıdır. Macarıstan MDB və ya KTMT-yə üzvlük lehinə öz yerindən qalxmaq qərarına gələrsə, Ukrayna Aİ və NATO-da bu boş yeri tutmağa hazır olacaq. Macarıstan həqiqətən də müharibənin sona çatmasına kömək etmək istəyirsə, buna Aİ-nin birliyini pozmamaqla başlamalı, əvəzində Avropanın qalan hissəsi və ABŞ ilə birlikdə öz ölkəsi və vətəndaşlarının enerji təhlükəsizliyi və müstəqilliyini gücləndirməlidir”, - bəyanatda vurğulanır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər