11:33
4 006
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti İlham Əliyev Zəngəzur dəhlizi məsələsi ilə bağlı beynəlxalq konsensus yarada bilib.

Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Sergey Melkonyan deyib.

Analitik Azərbaycanın sülh prosesi çərçivəsində Ermənistana qarşı irəli sürdüyü bəzi tələbləri sadalayıb:

- ATƏT-in Minsk Qrupunun buraxılması,

- Ermənistanın ayrı-ayrı ölkələrdən silah alışını dayandırması və aldıqlarını da geri qaytarması,

- Zəngəzur dəhlizinin açılması,

- Ermənistan konstitusiyasının dəyişdirilməsi,

- Avropa İttifaqı (Aİ) missiyasının Ermənistan-Azərbaycan sərhədindən çıxarılması,

- Azərbaycanlıların Ermənistana (Qərbi Azərbaycan) qaytarılması.

“Ermənistan faktiki olaraq bu tələblərdən birini yerinə yetirməyə hazır olduğunu göstərib. Ermənistan 2027-ci ildə konstitusiyanın dəyişdiriləcəyini bəyan edib. Aİ müşahidə missiyası məsələsi də faktiki gündəmdədir”, - o bildirib.

Zəngəzur dəhlizi məsələsinə gəlincə, Melkonyan qeyd edib:

“Əliyev dəhliz ətrafında beynəlxalq konsensus yarada bilib. Gördük ki, Azərbaycan Rusiyanı bu gündəmə necə cəlb elədi, bu, dəhlizin onlar üçün faydalı olduğunu göstərir. Həmçinin ABŞ-dən belə bir bəyanat eşitdik ki, Türkiyə, Ermənistan, Azərbaycan, Xəzər dənizi və Mərkəzi Asiya arasında əlaqə Vaşinqton üçün çox vacibdir. Əlbəttə, söhbət Zəngəzur dəhlizindən gedir. Buna beynəlxalq konsensus deyirlər. Azərbaycan bu gündəmin ətrafında birlik yarada bilib. Dəhliz Azərbaycan və Türkiyənin nəzarətində olacaq”.

Ekspert İrəvanın Minsk Qrupunun buraxılması tələbini də qəbul etdiyini vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər