14:42
645
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Ermənistanda yerləşdirilmiş Aİ-nin mülki missiyasının fəaliyyətinin daha iki il müddətinə uzadılmasını təklif edib.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-nin “Azadlıq” radiosunun erməni xidmətinə Aİ Ali Nümayəndəliyin mətbuat xidmətindən məlumat verilib.

“Üzv dövlətlər təklifi müsbət qarşılayıblar, hazırda Avropa İttifaqı Şurasının müvafiq qurumları ilə zəruri hüquqi aktları müzakirə edirlər. Missiyanın fəaliyyətinin uzadılması ilə bağlı qərarın yaxın günlərdə verilməsi gözlənilir”, - açıqlamada belə deyilir.

Rəsmi Bakı Ermənistan-Azərbaycan sərhədində yerləşdirilmiş missiyadan fəaliyyətini dayandırmağı tələb edib. Missiya ötən iki ildə sərhəddə Azərbaycana qarşı təxribatçı fəaliyyətlərlə yadda qalıb.

Keçən il noyabrın 22-də Ermənistan Baş naziri Nikol Paşinyan bu məsələnin Azərbaycanla müzakirə edildiyini və İrəvanın Bakıya müşahidəçiləri sərhəddən çıxarmaq üçün əks təklif irəli sürdüyünü açıqlayıb.

Xatırladaq ki, Aİ missiyasının Ermənistandakı fəaliyyəti fevralda bitir. Müddətin artırılması üçün Aİ-ə üzv olan 27 dövlətin razılığı lazımdır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər