10:13
658
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın hakim “Vətəndaş Müqaviləsi“ Partiyasının üzvləri Baş nazir Nikol Paşinyanla növbəti görüşü səbirsizliklə gözləyirlər.

Teleqraf.com xəbər verir ki, bu barədə “Joqovurd” yazır.

Erməni nəşri bildirir ki, deputatlar Paşinyanla görüşün təşkili üçün parlamentdəki hakim fraksiyanın rəhbərliyinə müraciət ediblər:

“Görünən odur ki, deputatlar hər şeyin nə qədər normal, ölkəmizin “Skandinaviya ölkələri kimi dinc və qayğısız” olduğunu iddia etsələr də, Paşinyan həyatın tam sürətlə getdiyini israr etsə də, hakimiyyətin öz daxilində açıq sualları, qayğıları var”.

“Joqovurd” qeyd edir ki, Prezident İlham Əliyevin Azərbaycan televiziyalarına son müsahibəsində sərt mesajları komanda daxilində təşviş yaradıb, Paşinyanla görüş istəyi də bundan dərhal sonra irəli sürülüb:

“Digər yandan, Avropa İttifaqına (Aİ) üzvlük məsələsi də gündəmdədir. Paşinyan bir dəfə referendum olmayacağını, Ermənistanın Aİ-nin icazə verdiyi qədər ittifaqa yaxınlaşacağını bildirsə də, indi tam əksini edir. Məsələ hökumətin iclasında müzakirə olunur, deyirlər ki, Ermənistan bununla bağlı yekun qərar verməlidir.

Bu məsələlərə və komandadaxili münaqişələrə aydınlıq gətirmək üçün “Vətəndaş Müqaviləsi”nin üzvləri Paşinyanla görüş istəyirlər və bunun nə vaxt baş tutacağı, baş nazirin parlamentə nə vaxt gedəcəyi hələlik müəyyənləşməyib. Partiya üzvləri fraksiya rəhbərinin cavabını gözləyirlər”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər