Ermənistan Baş naziri Nikol Paşinyan Minsk qrupunun ləğv edilməsi ilə bağlı ATƏT-ə müraciət etməyə hazırlaşır.
Teleqraf.com xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.
“Rəsmi mənbələrə görə, yaya qədər Ermənistan və Azərbaycan ATƏT-in Minsk Qrupunun buraxılması ilə bağlı birgə ərizə təqdim edəcək. Nikol Paşinyan bir neçə dəfə Minsk Qrupunun sülh müqaviləsinin imzalanması şərtilə buraxılmasına razı olduğunu bildirsə də, ilin əvvəlində Azərbaycan Prezidenti İlham Əliyevin sərt bəyanatlarından sonra tələsik bu tələblə razılaşıb”, - məlumatda deyilir.
Erməni nəşri İrəvanın Bakının Ermənistan konstitusiyasının dəyişdirilməsi tələbini də qəbul etdiyini bildirir:
“Ədliyyə naziri Srbuhi Qalyan iki gün öncə mətbuat konfransında deyib ki, hökumət yeni konstitusiyanın mətninin seçkilərə qədər hazır olması vəzifəsini qoyub. Konstitusiya dəyişikliyinə dair referendum 2027-ci ildə keçirilməlidir, parlament seçkiləri isə bundan bir il əvvəl olacaq”.