Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və türkiyəli həmkarı Hakan Fidan birgə mətbuat konfransı keçirir.
Teleqraf.com xəbər verir ki, XİN rəhbərləri təkbətək və geniş tərkibdə görüşlərdən sonra mətbuata birgə açıqlamalar verirlər.
13:20
Türkiyənin xarici işlər naziri Hakan Fidanın ölkəmizə səfəri çərçivəsində azərbaycanlı həmkarrı Ceyhun Bayramovla geniş tərkibdə görüşü keçirilib.
Teleqraf.com xəbər verir ki, görüş zamanı təhlükəsizlik, iqtisadiyyat, ticarət, nəqliyyat-kommunikasiya, humanitar, o cümlədən regional və beynəlxalq təhlükəsizlik sahələrində Azərbaycan-Türkiyə müttəfiqliyindən irəli gələn əməkdaşlıq və Yaxın Şərqdəki vəziyyət əsas müzakirə mövzusu olub.
Həmçinin Azərbaycan və Ermənistan arasında münaqişədən sonrakı normallaşmanın hazırkı vəziyyəti və sülh gündəliyi, sülh prosesində mövcud problemlər də diqqətə çatdırılıb.
***
12:26
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və türkiyəli həmkarı Hakan Fidanın təkbətək görüşü keçirilib.
Teleqraf.com xəbər verir ki, hazırda tərəflər nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş başlayıb.
***
12:22
Azərbaycana işgüzar səfəri çərçivəsində Türkiyə xarici işlər naziri Hakan Fidan Xarici İşlər Nazirliyinə gəlib.
Teleqraf.com xəbər verir ki, xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarını qarşılayıb. Hazırda nazirlər arasında təkbətək görüş keçirilir.
Sonra nazirlərin geniş tərkibdə görüşü olacaq və onlar mətbuata birgə çıxış edəcəklər.