13:24
480
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.

Ölkə rəsmisi sülh müqaviləsi, sərhədlərin delimitasiyası və digər məsələlərlə bağlı sülh gündəliyinin Ermənistan üçün prioritet olduğunu iddia edib.

“Biz sülh istəmirik, bütün mövcud problemlərin sülh yolu ilə həllini təklif edirik. Azərbaycana sülh müqaviləsi ilə bağlı təkliflər vermişik, cavab gözləyirik. Təkliflər tərəflərin hələlik yekun razılığa gəlmədiyi iki maddəyə aiddir. Bu barədə ictimaiyyətə məlumat vermişik. Ümid edirik ki, həll yollarını tapacağıq”, - Qriqoryan bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər